Kiçik Qala küçəsində yerləşən Sehrli Təndir restoranı öz təkrarolunmaz isti təndir çörəyi ilə məşhurdur.
Əncir ağacı - İkimərtəbəli Karvansarayın qəlbində boy atmış iki əncir ağacı artıq uzun müddətdir ki, İçəri şəhərin görməli məkanı olan bu qədim abidənin ayrılmaz hissəsinə, həmçinin “Muğam” restoranının əsas simvoluna çevrilib. Yerli sakinlər tərəfindən böyük diqqətlə yanaşılan bu faydalı bəhərə qədim dövrlərdən Abşeron torpağının möcüzələrindən biri kimi hörmət edilib.
Üzüm ağacı – Meyvəsi, yarpağı, şərabı, hər bir bəhəri Azərbaycan xalqı üçün əziz, qiymətli olan üzüm əsrlərdir süfrələrimizin bəzəyidir. Siz İçəri Şəhərdəki abidələrə diqqətlə baxsanız onların ornamentlərində üzüm bitkisinin təsvirini görə bilərsiniz.
Qız Qalası - Bakının simvolu olan Qız Qalasının inşa tarixi antik dövr və XII əsrə aid edilir. 2000-ci ildə YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilən abidəni ziyarət edərək siz modern ekspozisiyanın köməyilə tariximizlə tanış ola bilərsiniz.
Tut ağacı - Mansurovlar ailəsinin həyətində kök salmış, şərəfinə mahnılar bəstələnilən, ipəkçiliyin cövhəri olan məşhur tut ağacı yerli sakinlər üçün istiqamətverici simvola çevrilmişdir.
Qız Qalası - Bakının simvolu olan Qız Qalasının inşa tarixi antik dövr və XII əsrə aid edilir. 2000-ci ildə YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilən abidəni ziyarət edərək siz modern ekspozisiyanın köməyilə tariximizlə tanış ola bilərsiniz.
Şirvanşahlar Saray Kompleksi - Azərbaycan memarlığının nadir incisi. Tarixi XII-XV əsrlərə aid edilən bu möhtəşəm saray kompleksi özündə Şirvanşah Fərrux Yasarın mavzoleyi, Şah məscidi və filosof Seyid Yəhya Bakuvinin türbəsi də daxil olmaqla 8 abidəni birləşdirir.
Bəylər Məscidi ("Müqəddəs əmanətlər" ekspozisiyası) - Daxilində Şərq və Qərb memarlıq üslubunu əks etdirən və İçəri Şəhərin "ən gənc" məscidi olan Bəylər XIX əsrin sonlarında Bakı bəyləri tərəfindən tikdirilmişdir. Hal-hazırda onun içərisində "Müqəddəs əmanətlər" adlı ,əsasən, kitablardan ibarət olan ekspozisiya fəaliyyət göstərir.
Hacınskinin evi - Şəhərin memarlıq üslubunun şah əsərinə və simvoluna çevrilən İçəri Şəhərin zadəgan nəslinin nümayəndəsi İsa bəy Hacınskinin evi Neftçilər prospektində, XX əsrin əvvəlində inşa olunmuşdur. Eklektik stildə tikilən abidənin unikallığı ondadır ki, o özündə klassik və qotik memarlıq üslubunun sintezini əks etdirir. Binanın qüllələyə bənzər yan hissəsi isə modernizmi simvolizə edir.
Sıratağlı Dini-Memarlıq Kompleksi - Ərazisində IX-XII əsrlərə aid müqəddəs şəxslərin qəbirləri aşkar olunan bu məkan özündə müxtəlif tarixi dövrləri və dinləri birləşdirir. Hal-hazırda burada açıq səma altında Bakının çoxşaxəli mədəniyyətinin simasını əks etdirən muzey fəaliyyət göstərir.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi - Maqsud İbrahimbəyovun ev-muzeyi İçəri Şəhərin mərkəzində yerləşir. Bu evdə siz həmçinin yazıçı və ssenaristin zəngin kitabxanası, həmçinin onun şəxsi silah kolleksiyası ilə tanış ola bilərsiniz. Bugün ev-muzeyi ədəbiyyat və kinemotoqrafiya ilə bağlı tədbirlərin keçirildiyi Yaradıclıq Mərkəzi kimi fəaliyyət göstərir.
Hacı Bani hamamı - XV əsrdə Hacı Qayıb adlı varlı şəxsin sifarişi ilə memar Hacı Bani tərəfindən tikilmişdir. Uzun müddət torpaq altında qalan hamam XX əsrdə arxeoloji qazıntılar zamanı aşkar edilib.
“Arxeoloji etnoqrafik muzey kompleksi” 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində açıq səma altında yaradılıb. Muzeyin ərazisi 1.5 ha-dır. Muzey kompleksi ərazisində Azərbaycana, xüsusən də Qalaya və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri və s. ilkin görünüşündə qurulub.
Marionet teatrı - Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaradıcılığından ilham alan unikal Marionet Teatrı 2016-cı ildə açılmışdır. “Leyli və Məcnun” və “Arşın Mal Alan” teatrın repertuarının ən məşhur tamaşalarıdır.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi - Birləşmiş Krallığın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi ilə müştərək layihə əsasında yaradılmış bu mərkəz Azərbaycanın çoxşaxəli incəsənətinin qorunması və tanınmasına xidmət edir.
Quş yuvaları - Əsrlər ərzində hava şəraitinin mənfi təsiri qədim abidəmiz-Qız Qalasının fasadının daşlarına zərər vurmuş, bunun nəticəsində daşların arasında boşluqlar meydana gəlmişdir. Uzun illər boyu uzunqanad quşlar bu boşluqlarda yuva qurmuşlar. 2011-2013-cü illər ərzində Qız Qalasında aparılan bərpa işləri zamanı abidənin konservasiyası məqsədilə quş yuvalarının bir hissəsi saxlanılmışdır. Daha sonra isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və IDEA ictimai birliyinin təşəbbüsü ilə Qız Qalasının yaxınlığında yerləşən binanın üzərində uzunqanad quşlar üçün xüsusi yuvalar düzəldişmişdir.
Zəncirli Ev (Arxeologiya və Etnoqrafiya sərgisi) - 1880-ci ildə tikilmiş bu yaraşıqlı ev öz adını binanın ön fasadının yuxarı hissəsinə bənd edilmiş zəncirdən götürmüşdür. Onun içərisində çoxsaylı arxeoloji və etnoqrafik artefaktları özündə birləşdirən sərgi fəaliyyət göstərir.
Məhəmməd məscidi (Sınıqqala) - XI əsrdə Bakı şəhərinin hakimi Məhəmməd ibn Əbu Bəkrin əmri ilə inşa edilmiş məscid “Sınıqqala” adı ilə də tanınır və İçəri Şəhərdəki ən qədim məscid hesab olunur.
Ədibin evi - Bu evdə 1920-1940-cı illər arasında görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev yaşamışdır. Hal-hazırda “Ədibin evi” adlanan bu məkanda siz yazıçının şəxsi kitabları və məktubları ilə tanış ola bilərsiniz. Burada mütəmadi olaraq yaradıcılıq axşamları və ədəbi mühazirələr təşkil olunur.
Dördbucaqlı qala - Qədim qala divarlarının vacib elementi olan Dördbucaqlı qala XIV əsrədə inşa olunmuşdur. Əsasən cəbbəxana funksiyası daşımış, ümumilikdə şəhərin müdafiə gücünü artırmışdır.
"Hanımeli" restoranında sizi səmimi qarşılama və ləzzətli Azərbaycan və türk mətbəxi gözləyir.
Zərif - Qısa bir zamanda şəhər sakinlərinin və qonaqların diqqətini özünə cəlb edən “Zərif” restoranı bu uğurunu cəlbedici interyerinə və əlbəttə ki, nəfis təamlarına borcludur. Əgər xarici qonağınızı məmnun etmək istəyirsinizsə zərif əllərin məharəti ilə səsləşən “Zərif” restoranını siyahınızda 1-ci yerdə qeyd edin.
Miniatür Kitab Muzeyi - Dünyada ilk dəfə İçəri Şəhər ərazisində açılmış bu muzey “Ginnesin Rekordlar Kitabı”na daxil edilmişdir. Muzeyi ziyarət edərək 64 ölkədən toplanmış rəngarəng kitab kolleksiyası ilə tanış ola bilərsiniz.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi - Maqsud İbrahimbəyovun ev-muzeyi İçəri Şəhərin mərkəzində yerləşir. Bu evdə siz həmçinin yazıçı və ssenaristin zəngin kitabxanası, həmçinin onun şəxsi silah kolleksiyası ilə tanış ola bilərsiniz. Bugün ev-muzeyi ədəbiyyat və kinemotoqrafiya ilə bağlı tədbirlərin keçirildiyi Yaradıclıq Mərkəzi kimi fəaliyyət göstərir.
Çin məscidi və Numizmatika ekspozisiyası - Numizmatika ekspozisiyası XIV əsrdə inşa edilən Qazi Fədlallah məscidində fəaliyyət göstərir. Belə rəvayət edilir ki, bu məscidi ziyarət edən insanların arzuları mütləq çin olarmış. Bununla da abidə xalq arasında “Çin” məscidi adı ilə tanınmağa başladı.
Tahir Salahovun ev muzeyi - Dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun ev muzeyi 2011-ci ildən fəaliyyət göstərir. Burada ziyarətçilər rəssamın əsərlərindən, şəxsi əşyalarından, xalça nümunələrindən və foto arxivdən ibarət zəngin kolleksiya ilə tanış ola bilərlər.
Qala divarı - Qədim şəhərin əzəmətli qala divarı sizi öz ağuşuna alaraq “Qala divarı” restoranına dəvət edir. Kiçik Qala küçəsinin izdihamına tamaşa edərək siz ləziz Azərbaycan mətbəxini yenidən kəşf edəcəksiniz.
Manqal - “Manqal” restoranı paytaxtımızın sakinlərinə və qonaqlarına Azərbaycan mətbəxinin ləziz yeməklərini ən geniş çeşiddə təqdim edə bilən nadir restoranlardan biridir.
Bürc qala - Əgər siz adi bir günü yaddaqalan və xoş keçirmək istəyirsinizsə heç tərəddüd etmədən buyurun “Bürc qala” restoranına! Günün istənilən saatında, rahat, gözoxşayan məkanda ləzzətli təamları dadaraq yorğunluğunuzu unudacaqsınız.
XIV əsrə aid birmərtəbəli karvansarayda əsasən Multan şəhərindən gələn tacir və zəvvarlar qalardı.
XV əsrə aid birmərtəbəli, 18 otaqlı karvansarayda əsasən Buxara şəhərindən gələn tacir və zəvvarlar qalardı.
Dördbucaqlı qala - Qədim qala divarlarının vacib elementi olan Dördbucaqlı qala XIV əsrədə inşa olunmuşdur. Əsasən cəbbəxana funksiyası daşımış, ümumilikdə şəhərin müdafiə gücünü artırmışdır.
1901-ci ildə yenidən tikilmiş məscidin qədim minarəsi qorunub saxlanılmışdır.
ХVII əsrə aid olan karvansaray mehmanxana funksiyasını icra etmişdir.
Qala divarı - Hal-hazırda uzunluğu 500 metrdən çox olan əzəmətli qala divarı XII əsrdə Şirvanşah III Mənuçöhrün əmri ilə ucaldılmışdır. Məhz onun əhatəyə aldığı qədim Bakı şəhəri XIX əsrdə "İçəri Şəhər" aıdını aldı.
Ramazanovların evi - İçəri Şəhərin zadəgan ailələrindən biri olan Ramazanovların evi 1895-ci ildə tacir Hacı Məmmədkərim Ramazanovun əmri ilə tikilmişdir. Milli-romantik üslubda inşa olunan bu tikili şərq memarlıq üslubunun parlaq nümunəsidir. Dörd mərtəbəli binada vaxtlar kinoteatr belə fəaliyyət göstərmişdir.
Hacınskinin evi - Şəhərin memarlıq üslubunun şah əsərinə və simvoluna çevrilən İçəri Şəhərin zadəgan nəslinin nümayəndəsi İsa bəy Hacınskinin evi Neftçilər prospektində, XX əsrin əvvəlində inşa olunmuşdur. Eklektik stildə tikilən abidənin unikallığı ondadır ki, o özündə klassik və qotik memarlıq üslubunun sintezini əks etdirir. Binanın qüllələyə bənzər yan hissəsi isə modernizmi simvolizə edir.